Kartla ödəmə sisteminə keçid prosesi bu il yekunlaşacaq.
Mərhələli şəkildə avtobuslara tətbiq ediləcək yeni sistem bir müddət əvvəl 136 saylı marşurutda quraşdırılmışdı. Yeni sistemin yaxın 10 gün ərzində bütün avtobuslara quraşdırılması nəzərdə tutulub. Nəqliyyat nazirliyi artıq kart sistemin tətbiqi sahəsindəki işlərin böyük bir həissəsini reallaşdırıb. Avadanlıqların quraşdırılması ilə paralel, ödəmə sistemləri və bank mərkəzləri ilə əlaqə qurulacaq,ödəmə kartlarının yayılması, sürücülərin, sərnişinlərin maarifləndirilməsi işlərinə başlanılacaq. sərnişinlərin kart sistemi ilə ödənişə münasibəti birmənalı deyil.
Yeni sistemə əsasən sərnişinlər ödəmələri yalnız xüusi kartlarla deyil,həmçinin bank kartları ilə də edə biləcəklər.Kartla ödənişin tətbiqi sürücülərin maaş sisteminə keçməsinə də imkan verəcək.Hazırda gündəlik planla işləyən sürücülər kartla ödəmə sistemini sərnişinlərlə münasibətdə əlverişli hesab etsələr də, qazanc baxımdan belə düşünmürlər. Hər halda yeni sistemin nə qədər əlverişli olub-olmadığını zaman göstərəcək. Qeyd edək ki, kartla ödəmə sisteminə keçid bu ilin sonuna kimi yekunlaşacaq.