Astarada iki məscid soyulub
16 Aprel 2009 Cümə Axşamı 15:45
Ərkivan kəndindəki məsciddən 5, Ərçivan məscidindən isə 1 ədəd xalça oğurlanıb

 

Astaranın Ərkivan kəndində məscidindən oğurluq edilib. ANSPRESS-in bölgə müxbirinin məlumatına görə, məscidin axundu Orucəli Hüseynəli oğlu Feyziyev polisə müraciət edərək bildirib ki, naməlum şəxslər kənd məscidindən 5 ədəd müxtəlif ölçülü xalça oğurlayıblar. Yaradılan əməliyyat qrupu tez bir zamanda oğurluq edənin şəxsiyyətini müəyyənləşdirə bilib. Bu, 29 yaşlı Eyvaz Süleymanovdur. Araşdırmalar zamanı həmçinin məlum olub ki, E.Süleymanov bir yox, iki məscidi soyub. Ərçivan kəndindəki məscidi isə o, "Zizo" ləqəbli 27 yaşlı Ramin Əliyev ilə qarət edib.
Saxlanılanlar cinayəti törətmələrinə səbəb kimi isə şeytana uymalarını göstəriblər. Astara rayon Polis Şöbəsinin rəis müavini Arzu Hacıyevin sözlərinə görə, saxlanılan şəxslər narkotik vasitə aludəçisi olublar.

Faktla bağlı Astara rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1;177.2.2 və177.2.3 maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq onların digər oğurluqlarda iştiraklarının olub-olmadığını araşdırır. Məsciddən oğurluq edənləri 3 ildən 7 ilədək həbs cəzası gözləyir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar