Astarada hekim catışmır
03 Avqust 2013 Şənbə 11:36
Hazırda Astara rayon merkezi xestexanasında ve tabeçiliyinde yerleşen kend müessiselerinde 40-a yaxın hekim vakansiyamız mövcuddur.
Azərbaycanın Cənub qapısı olan Astarada uzun illərin həkim çatışmazlığı problemi bu gün də həllini gözləyir.

Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Emin Hüseyni: “Hazırda Astara rayon mərkəzi xəstəxanasında və tabeçiliyində yerləşən kənd müəssisələrində 40-a yaxın həkim vakansiyamız mövcuddur. Ginekoloq ,cərrah, endrikonoloq, terapevt, həkim kardioloq vakansiyalarıdır”.

Astara Rayon Mərkəzi Xəstəxanasının hazırkı durumuna nəinki bölgənin,hətta paytaxtın tibb ocaqları həsəd apara bilər. 2 il öncə əsaslı təmirdən sonra tam yenilənmiş bu tibb ocağı müasir tibbin ən son avadanlıqları ilə təchiz edilib. Çatışmayansa ixtisaslı kadrların azlığı, bir çox ixtisaslarda isə ümumiyyətlə yoxluğudur. Son iki ildə rayona bircə ixtisaslı həkimin belə gəlməməsi narahatlığa əsas verir. Bundan başqa 15 orta tibb işçisi vakansiyası da mövcuddur. Baş həkim ucqar rayonların ixtisaslı tibb işçiləri ilə təminatı üçün stimullaşdırıcı tədbirlərin artırılmasını, yeni güzəştlərin tədbiqini vacib sayır.

Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Emil Hüseyni: “Həkimlərin rayonlarda işləməsindən ötrü güzəştlər də olmalıdır. Onların mənzillə təmin olunması, ola bilər regionda işləyən həkimlərin əmək haqqlarında müəyyən artımların olması, müəyyən imtiyazların verilməsi -sözsüz ki, bunlar həkim axınını regionlara canlandırar”.

Qeyd edək ki, 105 minə yaxın əhalisi olan Astarada 126 çarpayılıq rayon mərkəzi xəstəxanası, 4 kənd sahə xəstəxanası, 11 kənd həkimi, 21 tibb məntəqəsi, əhaliyə tibbi xidmət göstərir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar