Ölkə

Asif Ağayev Şamaxı icra başçısı təyin edildi

Prezident İlham Əliyev Asif Ağayevin Şamaxı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

· Xəbərçi
Asif Ağayev Şamaxı icra başçısı təyin edildi
Prezident İlham Əliyev Şamaxı rayonu İcra hakimiyyətinin başçı təyin edilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in AzərTac-a istinadən verdiyi xəbərə görə, prezidentin sərəncamı ilə Asif Əzizağa oğlu Ağayev Şamaxı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Asif Ağayev SOCAR-ın şöbə müdiridir.

Prezident İlham Əliyevin daha öncə verdiyi başqa sərəncamı ilə Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov vəzifəsindən azad olunub.

Şərhlər