ASAN Seyyar Xidmet Şamaxıda
01 İyul 2013 Bazar Ertəsi 11:22
Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinleri 15 gün ASAN Seyyar Xidmetden istifade edecekler.
Şamaxı, Qobustan və Ağsu rayonlarının ümumi sayı 210000-dən çox olan sakinləri iyulun 15-dək Şamaxı şəhərində ASAN Səyyar Xidmətdən yararlana biləcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, adıçəkilən bölgədə iyunun 29-dan etibarən səyyar şəkildə göstərilməyə başlanan xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

• Notariat fəaliyyəti;

• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

• Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

• Əmək pensiyalarının təyin edilməsi;

• Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;

• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.

Qeyd edək ki, ASAN Səyyar Xidmət 2 istiqamət üzrə göstərilir. Şimal istiqamətində avtobuslar Quba, Şamaxı, İsmayıllı, Balakən və digər rayonlara, cənub isiqamətində isə Şirvan, Sabiradad, Salyan, Hacıqabul, Lənkəran, Masallı, Neftçala və digərlərinə səfər edəcəklər.

Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda isə Sabirabad və Saatlı rayonlarının sakinlərinə ASAN Səyyar Xidmət göstərilib.

ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar