Apellyasiya Məhkəməsi AXCP üzvünü həbsdə saxladı
06 Aprel 2013 Şənbə 03:38
Daşqın Məlikov qanunsuz narkotik saxlamaqda təqsirləndirilir.
Sumqayıt Apellyasiya Məhkəməsi qanunsuz narkotik saxlamaqda ittiham olunan AXCP Gənclər təşkilatının üzvü Daşqın Məlikovun şikayətini təmin etməyib. Şikayət Sumqayıt şəhər məhkəməsinin Daşqın Məlikovun həbsi barəsində 26 mart tarixli qərarı ilə əlaqədar verilmişdi. Martın 25-də ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Təqsiri sübuta yetirilərsə, o, 3 ilədək həbs cəzasına məhkum edilə bilər.

AXCP-də hesab edirlər ki, Daşqın Məlikov etiraz aksiyalarında iştirakına və sosial şəbəkələrdə tənqidi fikirlərinə görə siyasi motivlərlə təqib olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar