Ali tibb təhsili olmayanlara abort etmək qadağan edildi
30 Aprel 2013 Çərşənbə Axşamı 15:40
Milli Məclis Cinayət Məcəlləsinə dəyişikliklər edib.
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə bir sıra dəyişikliklər edilib. APA-nın xəbərinə görə, dəyişiklər barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Dəyişikliklərə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin, yaxud cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan hallara qarşı cəzalar sərtləşdirilib.
Eyni zamanda ali tibb təhsili olmayaraq abort edənlərə, şəxsi və ailə sirri barədə məlumat yayanlara, başqasının torpağını zəbt edənlərə, seçki kampaniyalarına təsir etmə və seçkiləri pozanlara qarşı cəzalar sərtləşdirilib.
Dəyişikliklər səsə qoyularaq qəbul olunub.
DOSTLARINLA PAYLAŞ: