Ölkə

Ağstafa rayonuna 4,6 milyon manat pul ayrıldı

Ağstafa rayonuna 4,6 milyon manat pul ayrıldı. Prezident İlham Aliyev bununla bağlı xüsusi serencam verib.

· Xəbərçi
Ağstafa rayonuna 4,6 milyon manat pul ayrıldı
Prezident İlham Əliyev Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam verib. Sərəncamda deyilir:

Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Poylu-Düzqışlaq-Kolayır avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon (dörd milyon altı yüz min) manatı Ağstafa Rayon İcra Hakimiyyətinə ayrılsın.

Şərhlər