400 nefer işsizler siyahısından çıxarıldı
29 İyun 2013 Şənbə 02:53
İlin əvvəlindən Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə 344 nəfər işaxtaran vətəndaş müraciət edib.
Mingəçevirdə işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzindədir.
AzərTAc xəbər verir ki, bu ilin əvvəlindən bu günədək Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə 344 nəfər işaxtaran vətəndaş müraciət edib. Müraciət edənlərdən 182 nəfəri öz peşəsinə uyğun daimi işlə təmin olunub.

Mingəçevir Şəhər Əmək Birjasından verilən məlumata görə, ötən müddət ərzində cəmi 24 nəfər işaxtaran vətəndaş müraciət edib. Qeydiyyatda olanlardan 220 nəfəri müvəqqəti işlərə cəlb edilib. Vətəndaşlar əsasən emal sənayesi, tikinti, elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, maliyyə, rabitə və kommunal xidmət sahələrində işlə təmin edilib.

Mingəçevirdə əmək yarmarkasına, tələbə və məzunlar üçün “Karyerada ilk addım” məşğulluq tədbirinə hazırlıq görülür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar