Ötən axşam saat 21:20 radələrində Bakının Nəsimi rayonu ərazisində 4-cü mərtəbədən yıxılan körpə möcüzə nəticəsində sağ qalıb.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 5-ci m/r, A.Məhərrəmov küçəsi ev 5ünvanında yaşayan 2 yaş 6 aylıq Ramin Rəsulov 4-cü mərtəbədən yıxılıb. Ağır kəllə-beyin xəsarətləri alan körpə dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatını xilas etmək mümkün olub.
İlkin araşdırmalar zamanı uşağın ehtiyatsızlıqdan yıxıldığı məlum olub. Faktla bağlı araşdırmalar aparılır.
4-cü mertebeden yıxılan körpe sağ qaldı
4-cü mertebeden yıxılan körpe hekimlerin seyi neticesinde xilas olub.




Şərhlər