35 mine yaxın insan Prezident teqaüdü alır
31 İyul 2013 Çərşənbə 13:08
Ölkede 35 mine yaxın insan Prezident teqaüdü alır. Hemin teqaüdlerin orta aylıq mebleği 116,4 manatdır.
Son on ildə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ölkəmizdə ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti təqaüdü institutu formalaşıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu müddətdə 34 961 nəfərə Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən, Prezident təqaüdləri təyin olunub.

Həmin təqaüdlərin orta aylıq məbləği 116,4 manatdır. Son on ildə Şəhid ailələrinə verilən Prezident təqaüdlərinin orta məbləği 60,5 faiz, müharibə əlillərinə verilən Prezident təqaüdlərinin orta məbləği 10 faiz, Prezidentin fərdi təqaüdlərinin orta aylıq məbləği isə 5 dəfə artıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar