12 millət vəkili Hacıbala Abutalıbova müraciət etdi
16 May 2013 Cümə Axşamı 13:01
Deputatlar Şeyx Əbdül Mahmudbəyovun ev məsələsinin həll edilməsini istəyirlər.
Milli Məclisin 12 deputatı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. Bu barədə Modern.az-a tanınmış incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov məlumat verib.

Uzun müddətdir evinin qəzalı vəziyyətdə olmasından əziyyət çəkən Şeyx Əbdülün sözlərinə görə, 12 deputat onun xahişi ilə Bakı merinə müraciət edərək kömək istəyiblər.

“12 millət vəkili mənim bu işimlə bağlı Hacıbala Abutalıbova müraciət edib. Sağ olsunlar hər biri. Onlar da mənim üzləşdiyim problemdən hali olaraq merdən mənə kömək etməyi xahiş ediblər. Amma buna baxmayaraq Hacıbala Abutalıbov deputatların da müraciətinə cavab verməyib”-deyə Şeyx Əbdül bildirib.

Əməkdar incəsənət xadimi H.Abutalıbova müraciət edən millət vəkilləri arasında Qənirə Paşayeva, Eldar İbrahimov, Novruzəli Aslanov və digərlərinin adlarını çəkib.

Qeyd edək ki, Bakı meri ilə Şeyx Əbdül Mahmudbəyov arasında ev qalmaqalı uzun müddətdir ki, davam edir. Belə ki, əməkdar incəsənət xadiminin “Sovetski”dəki evi Bakı şəhər İcra Hakimiyyətinin ərazidə gördüyü təmir işləri zamanı qəzalı vəziyyətə düşüb. Dəfələrlə rəsmi qurumlara şikayət etdiyini deyən Şeyx Əbdül hələ də probleminin həll olunmadığını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar