1 tondan artıq ərzaq məhv edilib
13 İyul 2012 Cümə 23:19
Monitorinqlər zamanı 1100 kq-a yaxın ərzaq malları aşkar olunaraq satışdan çıxarılıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında yararsız məhsullarla bağlı yoxlamalarını davam etdirib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Səbail rayonunda N.Quliyev küçəsi, ev 26 ünvanında Aybəniz İmanovaya məxsus mağazada, Qaradağ rayonunda Lökbatan qəsəbəsində Faiq Mirsəquliyevə və Məlakə Dadaşovaya məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Binəqədi rayonunda Novxanı qəsəbəsi, ev 608 ünvanında Elçin Turabova məxsus mağazada, Binəqədi qəsəbəsində Kəmalə Məmmədovaya və Etibar Əbdürəhmanova məxsus mağazalarda, Novxanı qəsəbəsi, ev 586Z ünvanında yerləşən “Murad market”də, Novxanı bağları, ev 3 ünvanında yerləşən “Super market”də, H.Hüseynov küçəsi, ev 13 ünvanında Elşən Abbasova məxsus mağazada, Səbail rayonunda Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi, ev 35Q ünvanında Ceyhun Həsənova məxsus mağazada, Salyan şosesi, ev 32 ünvanında yerləşən “İlkin market”də, Bayıl qəsəbəsi, Q.Abbasov küçəsi, ev 32 ünvanında yerləşən “Express market”də, Ə.Cavad küçəsi, ev 6 ünvanında yerləşən “Aytac market”də, İ.Səfərli küçəsi, ev 5 ünvanında Arif Hüseynova məxsus mağazada, Qaradağ rayonunda Lökbatan qəsəbəsində “Beta market”, “Yeni market” və “Orxan market”də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Səbail rayonunda Salyan şosesi, ev 32 ünvanında Çingiz İbadova məxsus mağazada, Qaradağ rayonunda Lökbatan qəsəbəsi, B.Niftəliyev küşəsində Nərminə İsayevaya məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Binəqədi rayonunda Binəqədi qəsəbəsində “Ulduzlar bağı” restoranında, Ucar rayonunda Azərbaycan küçəsində Samiq Rəhimova məxsus mağazada
normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilib.
Abşeron rayonunda Novxanı qəsəbəsində Elçin Əmirova və Cavanşir Quliyevə məxsus mağazalarda, Sumqayıt şəhərində Novxanı şosesində Fikrət Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilib.
Gəncə şəhərində N.Nərimanov prospekti, ev 192 ünvanında Bilal Həsənova məxsus mağazada, Vaqif küçəsində Firuzə Məmmədovaya məxsus mağazada, Qax şəhərində H.Əliyev prospektində Nizami Rzayevə məxsus mağazada, Göyçay rayonunda Nizami küçəsində yerləşən “Bizim market”də, Natavan küçəsində Mirqədir Xakidana məxsus mağazada, Hacıqabul rayonunda Muğan qəsəbəsində Nizam Məmmədova məxsus mağazada, Qarasu kəndində Şahin Şıxaliyevə məxsus mağazada, Ucar rayonunda Azərbaycan küçəsində Mirvari Abbasovaya məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 1100 kq-a yaxın ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
DOSTLARINLA PAYLAŞ: