Manaf Ağayevin qızı yenidən ərə getdi
18 Avqust 2011 Cümə Axşamı 15:26
Səmayə əmisi oğlu ilə ailə qurub
Müğənni Manaf Ağayevin ötən il ailə qurub, qısa müddətdən sonra boşanan qızı Səmayə yenidən ailə qurub. ANS PRESS-in müğənninin yaxın ətrafından aldığımız məlumata görə, Səmayə öz əmisi oğluna, yəni Manaf Ağayevin qardaşı oğluna ərə gedib.

Bəyin adı Novruzdur. "Azəristar" yarışmasının iştirakçısı olan Novruz Ağayev müğənnilik fəaliyyəti ilə məşğuldur.

Qeyd edək ki, Səmayə birinci həyat yoldaşı ilə Füzuli Rayon Məhkəməsində boşanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar