Xızıda tələbələri daşıyan avtobus aşıb, 2 nəfər ölüb, 21 nəfər yaralanıb
30 May 2016 Bazar Ertəsi 01:12
Axşam saatlarında Xızı rayonu Xələfli kəndində baş verən qəzada xəsarət alanların sayı 21-ə çatıb.

Xızıda qəzada ölən və xəsarət alanların kimliyi məlum olub

Bu gün axşam saatlarında Xızı rayonunda baş verən qəzada xəsarət alan 15 nəfərin şəxsiyyəti məlum olub.

Onlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira Mollayeva, Ziba Rəhimova, Lalə Rəhmanova,1950-ci il Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fərhadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov,1954-cü il təvəllüdlü Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev və Vüsalə Ağabəylidir.

Ölən iki nəfər isə Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında çalışan Dilarə adlı xanımdır. Zərərçəkənlərin əksəriyyəti Sumqayıt Dövlət Texniki əməkdaşlarıdır.

XXX

Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.

Xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.

Məlumat verildiyi kimi, içərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.

XXX

Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

İçərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılır.

Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Mənbə: APA

 


DOSTLARINLA PAYLAŞ: