Vasif Talıbov oğlu Seymur Talıbovu nazir qızı ilə evləndirir
07 Sentyabr 2017 Cümə Axşamı 18:48
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov nazir qızı ilə evlənir.
Sentyabrın 15-də Bakıdakı "Buta" sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun toy mərasimi olacaq.

Vasif Talıbov sentyabrın 15-də bir neçə gün əvvəl Muxtar Respublikanın daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək. Lakin onların qohumluğu yeni deyil. Fazil Ələkbərov Vasif Talıbovun xalası oğludur.

Seymur Talıbovla Fazil Ələkbərovun qızı 2015-ci ildə nişanlanmışdılar. Həmin vaxt Fazil Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tuturdu.
Seymur Talıbov Naxçıvandakı universitetlərdən birinin prorektoru vəzifəsində çalışır və eyni zamanda, Muxtar Respublika Ali Məclisinin üzvüdür.

Maraqlıdır ki, Talıbovların bundan əvvəlki bütün xeyir işləri Naxçıvanda olub. Lakin Seymur Talıbovun toyu Bakıda olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar