Pərviz Şahbazov yeni Energetika Naziri oldu - Pərviz Şahbazov kimdir
12 Oktyabr 2017 Cümə Axşamı 19:55
Azərbaycanın yeni Energetika Naziri məlum oldu. Pərviz Şahbazov yeni Energetika Naziri təyin edildi.
Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam ilə Pərviz Şahbazov Azərbaycanın energetika naziri təyin edilib.
 

Pərviz Şahbazov kimdir

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə  və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var.

Səfir ingilis, alman və rus dillərini bilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar