I ve IV ixtisas qrupları üzre qebul imtahanının neticeleri AÇIQLANDI
24 May 2016 Çərşənbə Axşamı 18:23
TQDK 22 may tarixinde ali tehsil müessiselerine I ve IV ixtisas qrupları üzre keçirdiyi qebul imtahanının neticelerini açıqlayıb.
Telebe Qebulu üzre Dövlet Komissiyası (TQDK) may ayının 22-de ali tehsil müessiselerine evvelki illerin mezunları üçün I ve IV ixtisas qrupları üzre keçirdiyi qebul imtahanının neticelerini açıqlayıb.
 
İmtahanda iştirak etmiş abituriyentler Telebe Qebulu üzre Dövlet Komissiyası TQDK-nın internet saytına daxil olaraq imtahan neticeleri ve cavab kartının qrafik tesviri ile tanış ola bilerler.

Abituriyentler imtahan neticelerini, hemçinin mobil telefonla iş nömrelerini 7727 nömresine göndermekle öyrene bilerler.

Neticelere esasen, imtahanda iştirak etmek üçün sened vermiş 12800 abituriyentden 944 neferi imtahana gelmeyib. İmtahanda iştirak eden 11856 abituriyentden 25 neferi qaydaları pozduğu üçün imtahandan xaric olunub ve neticeleri leğv edilib.

en yüksek netice gösteren abituriyent IV ixtisas qrupu üzre imtahan verib ve 690 bal toplayıb.

İxtisas seçimi qebul imtahanları başa çatdıqdan sonra (hem evvelki illerin, hem de cari ilin mezunlarının) bütün ixtisas qrupları üzre iyulun 29-dan avqustun 10-dek aparılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar