Qubada doğuş zamanı ana ölüb
07 İyun 2016 Çərşənbə Axşamı 12:02
Quba rayonunda doğuş zamanı facie baş verib. Genc ana doğuş zamanı vefat edib.

Doğuş zamanı ana öldü

1991-ci il tevellüdlü Quba rayon Püsteqasım kend sakini Abasova Aynure Ayeddin qızı Quba Rayon Merkezi Xestexanasının Perinetal merkezine müraciet edib.

Hekimlerin xestenin yaxınlarına verdiyi melumata göre, son ana qeder veziyyeti normal olan Aynurenin halı qefleten deyişib.

Qızın qaynanası Pakize Abasova gelinin doğuşa kimi normal veziyyetde olduğunu bildirib:

“Heç bir çetinlik olmayıb. Hetta doğuş zamanı dünyaya gelen qız uşağına göre muştuluq da alıblar. Her şey öz axarı ile davam edirdi. Birden gelinin veziyyetinin qefleten deyişdiyi bildirildi. Hamı xestexanada qaçışmağa başladı. Biz sonradan bildik ki, doğuş zamanı ana çoxlu qan itirdiyi üçün halı pisleşib ve bu sebebden onu xilas etmek mümkün olmayıb. Lakin vaxtında xestenin yaxınlarına bu barede melumat verilseydi, bele olmazdı”.

Bu, Aynure Abasovanın ilk doğuşu idi. O, Taleh Abasovla 1 il 2 ay idi ki, aile heyatı qurmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar