20 Yanvar metro stansiyasının yaxınlığından uşaq tapıldı, ailesi axtarılır
16 Sentyabr 2017 Şənbə 13:48
Polis emekdaşları terefinden metronun 20 Yanvar metro stansiyasının yaxınlığında uşaq tapılıb. Hazırda ailesi axtarılır.
Sentyabrın 14-de gece saatlarında polis emekdaşları terefinden metronun "20 Yanvar" stansiyasının yaxınlığında uşaq tapılıb. Azyaşlı Azerbaycan Uşaqlar Birliyinin sığınacağına yerleşdirilib.

Bu barede Azyaşlı Azerbaycan Uşaqlar Birliyi rehberi Kemale Ağazade melumat verib.

Onun sözlerine göre, oğlanın 10 yaşı var. "Uşağın eqli ve fiziki qüsuru var, amma fikirlerini çatdıra bilir. Dediklerinden melum olur ki, atalığı terefinden evden qovulub. Uşağa fiziki ve psixoloji zorakılıq olunduğunu güman edirik. Helelik onunla psixoloq işleyir", - Kemale Ağazade bildirib.

Uşağın valideynleri axtarılır: "Sığınacağa bir nefer zeng vurdu ve iddia etdi ki, uşaq özü evden qaçıb. Bu gün ise bir nefer geldi ve özünü uşağın xalası kimi teqdim etdi. Birlik polis emekdaşları olmadan onun uşaqla görüşmesine icaze vermedi. Yalnız hüquq-mühafize orqanlarının icazesi ile uşaq yaxınlarına verile biler".


DOSTLARINLA PAYLAŞ:

oyunlar