Tanınmış yazıçı Aqşin Yenisey xəstəxanaya yerləşdirilib
16 Noyabr 2019 Şənbə 23:38
1978-ci il təvəllüdlü tTanınmış şair, yazıçı, publisist Aqşin Yenisey xəstəxanaya yerləşdirilib.
Aqşin Yenisey mədə qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Aqşin Yenisey özü bu barədə qeyd edib:

“Endoskopiya müayinəsindən üzüağ çıxdıq, dostları narahat etdiyim üçün üzr istəyirəm! Yaşamağa davam!”
 
 
Aqşin Yenisey kimdir?
 
Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir. Azad Yazarlar Ocağının üzvü olub.

Aqşin Yeniseyin ilk kitabı 2000-ci ildə dərc olunub – "Unutmaq sözünün şəkli". 2005-ci ildə ikinci şeirlər kitabını – "Sizin eradan əvvəl"i çap etdirən Aqşinin qələmə aldıqları türk, gürcü, fransız dillərinə tərcümə edilib.

Beş kitabın — "Unutmaq sözünün şəkli" (2000), "Sizin eradan əvvəl" (2005), "Cənnətdə terror aksiyası" (2009), "Yüz qırx yeddi dənə sən" (2012), "Məbədin sükutu" (2013) və yüzdən artıq məqalənin müəllifidir.

"Cənnətdə terror aksiyası" (2009) adlı kitabda "Göləqarğısancan" adlı roman, "Cənnətdə terror aksiyası" adlı hekayə və "Xəstə şərqin Rafiq Tağıya dedikləri" adlı şeri toplanıb. Əsərin əsas mövzusu Azərbaycanın üz­ləş­diyi və çıxmağa heç bir yol qal­mayan mənəvi böhrandır.

"Yüz qırx yeddi dənə sən" (2012) A.Yeniseyin sayca dördüncü kitabıdır. Son illərdə yazdığı və əvvəlki kitablarında çap olunmamış şeirləridir. İlk dəfədir ki, oxuculara təqdim olunur.

"Məbədin sükutu" (2013) adlı bu kitabda yazarın heç bir kitabında çap olunmamış hekayələri, satirik, publisistik yazıları və müasir ədəbiyyatımızın istedadlı simalarına həsr olunmuş məqalələri toplanmışdır. 


DOSTLARINLA PAYLAŞ:

oyunlar