Ukrayna çempionu Amina Bulakh qatarın altında qaldı
16 Noyabr 2019 Şənbə 23:49
Ukraynanın qadınlar arasında boks üzrə çempionu 18 yaşlı Amina Bulakh qatarın altında qalıb və faciəvi şəkildə həyatını itirib.
Ukraynanın qadınlar arasında boks üzrə çempionu 18 yaşlı Amina Bulakh faciəvi şəkildə həyatını itirib. Amina, aptekdən evə gedərkən qulaqcıqlarla mahnıya qulaq asdığı üçün yaxınlaşan qatarın səsini eşitməyib. Nəticədə qatar idmançının üstündən keçib.

Qeyd edək ki, Amina Bulakh yaşının az olmasına baxmayaraq, sentyabr ayında Gənclər arasında Avropa çempionatının bürünc medalını qazanmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar