Taksi üç qadını vurub
12 Oktyabr 2017 Cümə Axşamı 12:03
Bakı şəhəri Afiyəddin Cəlilov küçəsində daha bir yol-nəqliyyat hadisəsi baş verib. Taksi üç qadını vurub.
Üç qadın yolun piyada keçidi olmayan hissəsindən keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan avtomobil vurub.

Hadisə nəticəsində hər üç piyada ciddi xəsarət alıb. Qəza nəticəsində Məmmədova Tünzalə və Nuriyeva Ləman kəllə-beyin travması keçiriblər.

Digər xanım isə qəza nəticəsində huşunu itirdiyindən adını xatırlamayıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar