Orta mekteblere qebul qaydaları deyişir?
25 Aprel 2013 Cümə Axşamı 18:19
Orta mekteblere qebul qaydaları deyişir. Valideynlər yeni təklifdən narazıdır.

Məktəbi evlərindən uzaq olan uşaqları bu ildən etibarən yeniliklər gözləyə bilər. Belə ki, ibtidai siniflərdə oxuyan şagirdlər ola bilsin ki, evlərinin yaxınlığındakı məktəblərdə təhsilini davam etdirsin. Fəxriyyə xanım Nəsimi raoynunda yaşayır. Amma övladının təhsil alması üçün Yasamal rayonundakı məktəblərdən birini seçib.

Bu ildən isə bu mümkün olmaya bilər. Belə ki, ibtidai siniflərə şagirdlərin qəbulu qaydalarına dəyişiklik gözlənilir. Təhsil Nazirlyinin bir qədər əvvəl irəli sürdüyü təklifə görə, 2013-cü ildən şagirdlər ibtidai siniflərə ancaq yaşadıqları ərazilər üzrə qəbul olunacaqlar. Bu qayda yalnız bir halda dəyişdirilə bilər ki, şagirdin yaşadığı ərazidəki məktəbdə yerlər dolsun, başqa ərazilərdəki məktəblərdə də boş yer qalsın.

Valideynlər isə yeni təkltifdən narazıdırlar. Onlar yeni qərarı valideynlərin məktəb seçiminə məhdudiyyət kimi qiymətləndirirlər. Qeyd edək ki, artıq orta məktəblərdə birinci siniflərə şagirld qəbulu başlayıb.

Yasamal rayonunda yerləşən 20 nömrəli məktəbin direktoru Sabir Məmişov deyir ki, adətən şagird qəbulunda üstünlüyü yerləşdikləri rayona versələr də, digər ərazilərdə yaşayan uşaqların da məktəbə götürülməsi üçün heç bir məhdudiyyət olmayıb. Təhsil Nazirliyinin mətbuat xidməti isə bildirir ki, təklifin qəbul olunub-olunmayacağı hələ bilinmir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar