Təhsil Nazirliyinin “Qaynar xətt”inə 585 müraciət daxil olub
01 Yanvar 2010 Cümə 12:30
Ötən il Təhsil Nazirliyinin “Qaynar xətt”inə 585 müraciət daxil olub. Nazirlik bütün müraciətlər araşdırıldığını, müvafiq tədbirlər görüldüyünü bildirir.
2009-cu ildə Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: [email protected]) 585 müraciət daxil olub. Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatına görə, bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb. Eyni zamanda, “Qaynar xətt” xidmətinə daxil olan çoxsaylı sorğular da nazirliyin əməkdaşları tərəfindən cavablandırılıb.

Xatırladaq ki, Təhsil Nazirliyində yaradılmış “qaynar xətt” həftənin 5 iş günü saat 9.00-dan 18.00-dək fasiləsiz fəaliyyət göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar