Texnikum və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı
10 Avqust 2010 Çərşənbə Axşamı 18:05
Ərizələrin qəbulu üçün daha bir gün verilib.
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulu üçün ayrılmış vaxt uzadılıb. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu 11 avqust saat 12:00-dək uzadılıb. Bu barədə TQDK-nın mətbuat xidməti məlumat yayıb.

Abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini (2010-cu il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnamənin seriyasını və nömrəsini daxil edə bilərlər) daxil etməklə qeydiyyatdan keçməli və iş nömrəsi ilə şifr əldə etməldirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” forması doldurulmalıdır. Bundan sonra abituriyentlər tələb olunan sənədlərini Bakı şəhərində TQDK-da, digər bölgələr üzrə isə TQDK-nın regional bölmələrində yaradılmış SQK-ya təqdim etməklə ərizələrini təsdiq etdirirlər:

TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küç. 10, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanı); TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı İnzibati bina); TQDK-nın Quba Regional Şöbəsi (Quba ş., Fətəlixan küç. 8); TQDK-nın Şəki Regional Şöbəsi (Şəki ş., M.Ə.Rəsulzadə pr. 182); TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52). ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar