Səməd Seyidov Çexiyanın Azərbaycandakı səfiri ilə görüşüb
04 Fevral 2010 Cümə Axşamı 15:05
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov Çexiyanın Azərbaycandakı səfiri Radek Matula ilə görüşüb.
Milli Məclisin (MM) Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. S. Seyidov Çexiya ilə Azərbaycan arasında əlaqələrin yüksək templə inkişaf etdiyini nəzərə çatdıraraq, parlamentlərarası əlaqələrin də vacibliyini vurğulayıb. Komitə sədri yaxın vaxtlarda MM-in nümayəndə heyətinin Çexiyaya səfərinin mümkünlüyünü bildirib.
Səfir deyib ki, Azərbaycan Çexiya üçün vacib partnyor və strateji əməkdaşdır. O, həmçinin parlamentlərarası əlaqələrin də çox vacib olduğunu söyləyib.
Daha sonra, təhsil sahəsindəki əlaqələrə toxunan Səməd Seyidov Çexiya ilə Azərbaycanın təhsil sahəsində səmərəli əməkdaşlıq etdiyi bildirib.
R. Matula təhsil, elm, mədəniyyət sahəsində münasibətlərin inkişafının daha vacib olduğunu qeyd edərək bildirib ki, ADU-nun Çexiya universitetləri ilə əlaqələri bu istiqamətdə atılmış daha bir əməkdaşlıq addımı olar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: