Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev telefonla danışıblar
24 Dekabr 2009 Cümə Axşamı 23:45
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Türkiyənin Baş naziri Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dövlət başçısı təbrikə və göstərilən diqqətə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri ölkələrimiz arasında dostluq münasibətlərinin daim inkişafından məmnunluq ifadə edib və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizə dair məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar