Müsavat Partiyası parlament seçkisində iştirak edəcək
16 Yanvar 2010 Şənbə 18:35
Müsavat Partiyası seçkidə əsas müxalifət qüvvələri ilə əməkdaşlıq edəcək
Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, yığıncağın gündəliyi yeni seçilmiş təşkilat sədrlərinin Məclis üzvü səlahiyyətlərinin təsdiqi, təşkilati, 23 dekabr 2009-cu il tarixində keçirilmiş bələdiyyə seçkisinin yekunları, 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkisi və partiya qarşısında duran vəzifələr, partiyanın növbəti qurultayı haqqında məsələlərdən ibarət olub.
Məclis müzakirələrdən sonra parlament seçkisində Müsavat Partiyasının iştirakını məqsədəuyğun sayıb. Seçkidə əsas müxalifət qüvvələri ilə əməkdaşlıq edilməsi qərara alınıb. Eyni zamanda Məclis proporsional seçki sisteminin bərpası, parlament üzvlərinin sayının artırılması məqsədi ilə referendum keçirilməsini tələb edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: