Mixail Şvıdkoy: Konkret fikir söyləmək mümkün deyil
22 Yanvar 2010 Cümə 12:40
“Azərbaycan və Ermənistan ziyalılarının, ictimaiyyət nümayəndələrinin görüşü və qarşılıqlı səfərləri bir-birinə çox etimad edən insanlar arasında təşkil oluna bilər”.
“Azərbaycan və Ermənistan ziyalılarının, ictimaiyyət nümayəndələrinin görüşü və qarşılıqlı səfərləri bir-birinə çox etimad edən insanlar arasında təşkil oluna bilər”. Bunu Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib. Azərbaycan və Ermənistan təmsilçilərinin növbəti görüşlərinin olub-olmayacağı ilə bağlı APA-nın sualının cavabında M. Şvıdkoy bildirib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ermənistanın Rusiyadakı keçmiş səfiri Armen Smbatyan və o, bir-birlərinə yüksək səviyyədə etibar edirlər: “Əfsuslar olsun ki, mən Ermənistanın Rusiyadakı hazırkı səfirini tanımıram. Odur ki, bu barədə hələlik konkret fikir söyləmək mümkün deyil”. APA
DOSTLARINLA PAYLAŞ: