Azərbaycan paytaxtında səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Milli Məclisin spikeri Oqtay Əsədov və parlamentin Azərbaycan-Gürcüstan dostluq qrupunun üzvləri ilə görüşüb. Qonağı salamlayan parlamentini sədri Azərbaycan-Gürcüstan əlaqələrin çox dərin köklərinin olduğunu bildirib. O ölkələrimiz müstəqillik əldə etdikdən sonra əməkdaşlığın yeni müstəviyə qədəm qoyduğunu qeyd edib. O həmçinin prezidentlərin qarşılıqlı səfərlərindən, ikitərflə əməkdaşlığa dair sazişlərin imzalanmasından sonra iki ölkə münasibətlərinin strateji tərfdaşlıq səviyyəsinə çatdığını bildirib. Spiker Azərbaycanla Gürcüstan parlamentləri arasında da münasibətlərin yüksək səviyyədə olduğunu, bu ölkə ilə dostluq qrupunun Türkiyə və Ukraynadan sonra ən böyük dostluq qrupu olduğunu deyib. Hər iki ölkənin ərazilərindəki münaqişələrdən əziyyət çəkdiyni söyləyən spiker, bu münaqşələrin ölkələrimizin ərazi bütövlüyü çərçivəsində həllinə ümidvar olduğunu bitldirib. /ANS TV/