Milli Məclis dünya azərbaycanlılarına müraciət qəbul edib
29 Dekabr 2009 Çərşənbə Axşamı 12:40
Milli Məclisin (MM) payız sessiyasının sonuncu iclası başa çatıb. APA-nın xəbərinə görə, iclasda MM adından 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə dünya azərbaycanlılarına müraciət qəbul olunub.
Müraciətdə Azərbaycan xalqını təbrik edən millət vəkilləri azərbaycanlıları həmişə vahid mövqedən çıxış etməyə dəvət ediblər.

Müraciətdə, həmçinin Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dünya azərbaycanlılarının böyük rolu var və bu yöndə fəaliyyət davam etdirilməlidir.

İclasda daha sonra Azərbaycan Vergilər Nazirliyinin 10 illiyi ilə bağlı yubiley medalının təsis olunması barədə qanun qəbul olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar