Matyu Brayza Azərbaycana gəlir
15 Aprel 2009 Çərşənbə 17:20
ABŞ dövlət katibinin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza bu gün Bakıya gəlir. Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib.
M. Brayza aprelin 16-da Bakıda Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunda danışıqlar aparacaq. O, aprelin 17-də Gürcüstana gedəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, M. Brayza səfər zamanı Gürcüstandakı siyasi durumla yerində tanış olacaq. ABŞ-ın Azərbaycandakı səfirliyindən M. Brayzanın Azərbaycana gələcəyini təsdiqləyiblər.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri aprelin 20-22-də bölgəyə gələcəklərini bildirmişdirlər.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar