İsrail xarici işlər naziri Bakıya gələcək
04 Yanvar 2010 Bazar Ertəsi 12:45
İsrail xarici işlər naziri Bakıya gələcək. Bu barədə İsrailin Bakıdakı səfiri məlumat verib
İsrail xarici işlər naziri Aviqdor Libermanın fevralda Bakıya gələcəyi gözlənilir. Bu barədə İsrailin Bakıdakı səfiri Mixael Lotem-Lavon "İzrus" portalına bildirib. Səfir həminin qeyd edib ki, fevralın 9-da İsrailin Bakıdakı səfirliyi Azərbaycanı moda və kosmetika sahəsində İsrail firmalarına tanıtmaq üçün tədbir keçirəcək.

"Ümid edirəm ki, nazir də həmin günlər gələ biləcək. Bu, elitanı və hakim dairələri də cəlb edəcək və bu istiqamətdə əməkdaşlığa təkan verəcək. Bundan başqa, mən aprel ayında İsrail dirijoru və opera ifaçısının iştirakı ilə konsert təşkil etməyə hazırlaşıram. Nəinki bizim texnologiyalarımızı və işlərimizi, həmçinin mədəni həyatımızı nümayiş etdirmək istəyirəm”, deyə səfir bildirib.

Qeyd edək ki, İsrailin Bakıdakl səfiri Mixael Lotem-Lavon hazırda vətənindədir. O, İsrail Xarici İşlər Nazirliyinin təşkil etdiyi konfransda iştirak etmək üçün bir həftə əvvəl İsrailə gedib. Səfir ölkəsinin xarici işlər naziri Aviqdor Libermanla da görüşüb.

Konfransdan sonra səfir qısamüddətli tətil üçün İsraildə qalıb. “İsrus” portalının yazdığına görə, səfir fəxr eləməlidir. Belə ki, iqtisadi böhrana baxmayaraq, ötən il Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlər üçün xoş il olub. Hərbi-texniki əməkdaşlıq, “Şikun u-Binuy” şirkətinin nəhəng müqaviləsi və getdikcə artan mal dövriyyəsi nəinki İran təhlükəsinə qarşı, həmçinin iqtisadi mənada İsraili Azərbaycanın starteji tərəfdaşlarından birinə çevirib.

“Bu il İsrail Azərbaycana 250 mln dollarlıq mal ixrac edib. Bu isə 2008-ci ilə nisbətən 50 faiz çoxdur", deyə səfir məlumat verib. “Neft təchizatını nəzərə alsaq qarşı tərəfə 4 mlrd dollar gedib. Və bütün bunlar dünya iqtisadiyyatının böhrandan əziyyət çəkdiyi bir vaxtda baş verib. Heç şübhəsiz, demək olar ki, biz düzgün yoldayıq və qlobal böhran bizdən yan keçib”, deyə Mixael Lotem-Lavon vurğulayıb.

Qeyd edək ki, iki İsrail şirkətinin ("Şikun u-binuy" və "Aeronautics") nümayəndələri İsrail prezidenti Şimon Peresin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana gələrək önəmli müqavilələrə imza atıblar. Birinci şirkət Azərbaycanda 350 mln dəyərində avtomagistral, ikinci şirkər isə yüksək texnologiyalar zavodu tikəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar