İqbal Ağazadə ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb
09 Dekabr 2009 Çərşənbə 16:40
İqbal Ağazadə ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb. Görüşdə ictimai-siyasi vəziyyət, bələdiyyə seçkisi, Qarabağ problemi ilə bağlı məsələlər müzakirə olunub.
Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorellə görüşüb. Ümid Partiyasının mətbuat xidmətinin məlumatına görə, görüş partiyanın mərkəzi qərargahında baş tutub.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, bələdiyyə seçkisi, Qarabağ problemi ilə bağlı məsələlər müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi zamanı ölkədə keçirilən bələdiyyə seçkisi ilə bağlı ətraflı müzakirələr aparılıb.

Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar, münaqişə tərəfləri və beynəlxalq təşkilatların mövqeyi barədə müzakirələr zamanı İqbal Ağazadə rəhbərlik etdiyi partiyanın mövqeyini açıqlayıb. O, təmsil etdiyi qurumun hər zaman münaqişənin sülh yoluyla həllinin tərəfdarı olduqlarını bildirib.

Eyni zamandı görüş əsnasında Əli Bilgə Cankorel ilə millət vəkili arasında «Seçki Məcəlləsi», «Siyasi partiyalar haqqında» qanunlarla bağlı fikir mübadiləsi olub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar