Siyasət

İlham Əliyev Qətər əmirinə məktub ünvanlayıb

Prezident Qətər xalqını milli bayram münasibəti ilə təbrik edib

· Xəbərçi
İlham Əliyev Qətər əmirinə məktub ünvanlayıb
Prezident İlham Əliyev Qətər xalqını milli bayram münasibəti ilə təbrik edib. Ölkə başçısı Qətər dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə əl Taniyə təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün Qətər xalqına ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Azərbaycan-Qətər münasibətləri bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir. Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə addımlar atacağıq. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına sülh və rifah diləyirəm", - deyə prezidentin təbrik məktubunda qeyd edilib. ANSPRESS

Şərhlər