Siyasət

Elmar Məmmədyarov İrana səfər edəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 14-ü İrana səfər edəcək

· Xəbərçi
Elmar Məmmədyarov İrana səfər edəcək
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekarbın 14-də Tehrana səfər edəcək. Bu barədə İranın İSNA agentliyinə müsahibə verən Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov deyib.

Onun sözlərinə görə, Məmmədyarov iranlı həmkarı Manuçöhr Motakki ilə Azərbaycan-İran ikitərəfli əlaqələrinin perspektivini və regional münasibətləri müzakirə edəcək.

“Bundan başqa, Məmmədyarovun İran prezidenti Mahmud Əhmədinejad, həmçinin İran parlamentinin sədri Əli Laricani və İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhəbri Səid Cəlili ilə də görüşü nəzərdə tutulub. ANSPRESS

Şərhlər