Siyasət

Elmar Məmmədyarov dekabrın 24-də Türkiyəyə gedir

Xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşəcək

· Xəbərçi
Elmar Məmmədyarov dekabrın 24-də Türkiyəyə gedir
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 24-25-də Türkiyədə rəsmi səfərdə olacaq. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

"Səfər zamanı ikitərəfli münasibətlər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək", deyə Poluxov bildirib.

Səfər zamanı Məmmədyarov türkiyəli həmkarı və bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.
ANSPRESS

Şərhlər