Elmar Məmmədyarov Aviqdor Libermanla görüşüb
09 Fevral 2010 Çərşənbə Axşamı 14:35
Görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan israilli həmkarı Aviqdor Liberman ilə görüşüb. Görüşdə Azərbaycan-İsrail əlaqələri, beynəlxalq siyasət, təhlükəsizlik və maraq doğuran digər məsələlər müzakirə olunub.

Bundan əlavə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunulub, məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmasının mümkünlüyü vurğulanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar