Eldar Sabiroğlu: "Müharibə başlasa, əvvəlki kimi olmayacaq"
10 Dekabr 2009 Cümə Axşamı 17:10
Eldar Sabiroğlu: "İlham Əliyevin verdiyi bəyanat Ermənistanı təşvişə salıb"
Son üç ay ərzində cəbhə xəttində atəşkəs 211 dəfə pozulub. Bunu bu gün keçirdiyi mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu deyib. Onun sözlərinə görə, atəşkəs ən çox Füzuli, Xocavənd, Tərtər və Ağdam rayonları istiqamətində pozulub. Eldar Sabiroğlu bildirib ki, atəşkəsin pozulması zamanı Ermənistan ordusu Azərbaycandan iki dəfə çox itki verib. Eldar Sabiroğlu həmçinin bildirib ki, prezident İlham Əliyevin müharibə ilə bağlı verdiyi son bəyanat Ermənistanı təşvişə salıb.

Eldar Sabiroğlu həmçinin vurğulayıb ki, Ermənistanın hərbi vəziyyəti nə isə əldə edəcək səviyyədə deyil. Çünki müharibə başlasa, əvvəlki kimi olmayacaq. Azərbaycanın bütün hərbi potensialı torpaqların azad olunmasına səfərbər edilib.

"Bizdə statistik məlumatlar var ki, Ermənistan Müdafiə Nazirliyi artıq bir neçə hərbi hissəni formalaşdıra bilmir. İnsan gücü yoxdur. Artıq Ermənistanda yüzlərlə ölü kənd yaranıb. İnsanlar başqa yerə gedir. Ona görə də Ermənistan Müdafiə Nazirliyi hərbi hissələri komplektləşdirə bilmir", deyə E. Sabiroğlu qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar