Bu gün Milli məclisin yaz sessiyası öz işinə başlayır
01 Fevral 2010 Bazar Ertəsi 06:15
Bu günki iclasın gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib
Bu gün Milli məclisin yaz sessiyası öz işinə başlayır. Parlamentin mətbuat xidmətinin məlumatına görə, iclasın gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib. Bu günki sessiyada milli məclisin 2010-cu il yaz sessiyasının qanunvericilik işlərinin planı təsdiqlənəcək, intizam və hesablayıcı komissiyaların yenidən təşkili məsələlərinə baxılacaq. Bundan başqa, Azərbaycanla Qazaxıstan arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında saziş, eyni zamanda Azərbaycanla Qazaxıstan arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənəcək. Bundan başqa parlamentarilər polis, tarix və mədəniyyət abidələrinin qorunması, inzibati xətalar məcəlləsinə əlavə və dəyişikliklər, ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında qanunlara əlavə və dəyişiklik edilməsini də müzakirəyə çıxaracaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: