Böyük Britaniyanın enerji naziri Azərbaycana gəlir
02 Mart 2010 Çərşənbə Axşamı 15:35
Lord Hant sabah ölkəmizdə səfərdə olacaq
Böyük Britaniyanın enerji naziri Lord Hant sabah Bakıya qısamüddətli səfər edəcək. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Lord Hant fevralın 28-dən martın 4-dək Türkmənistan və Qazaxıstanda səfərdə olacaq. Bu turne nazirin keçən ilin sentyabrında Türkiyə və Azərbaycanla regiona başlamış olan səfərinin əsas mərhələlərindən biridir və bu dəfə Türkmənistan və Qazaxıstanı da əhatə edir.
Bakıya səfəri zamanı Lord Hant Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşəcək.
Lord Azərbaycan haqqında bunları deyib:
“Azərbaycan geniş Avropa regionunda strateji yeri olan və sürətlə inkişaf edən ölkədir. Son on il ərzində baş vermiş böyük layihələr - “Azəri-Günəşli-Çıraq” və “Şahdəniz” yataqlarının işlənməsi, eləcə də Bakı-Tiflis-Ceyhan neft boru kəməri Azərbaycanı mühüm enerji təminatçısına çevirib. Xəzər hövzəsi ölkələri, Azərbaycan da daxil olmaqla, Avropa istehlakçılarını təmin etmək iqtidarında olan əhəmiyyətli karbohidrogen yataqlarına malikdir. Xəzər hövzəsi qazının Avropaya daşınması reallığa yaxınlaşır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: