Azərbaycanın Fransa və İsveçrədə yeni səfirləri təyin olunub
06 Yanvar 2010 Çərşənbə 21:50
Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Tarik İsmayıl oğlu Əliyev Azərbaycanın Fransa və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
APA-nın xəbərinə görə, dövlət başçısının digər sərəncamı ilə Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin digər sərəncamı ilə Elçin Əmirbəyov Azərbaycanın İsveçrə Konfederasiyasında, Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri və BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Murad Nizami oğlu Nəcəfbəyli isə Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Ölkə başçısının digər sərəncamı ilə Murad Nəcəfbəyliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar