Siyasət

Abdulla Gül Azərbaycan XİN rəhbərini qəbul edib

Abdulla Gül Azərbaycan XİN rəhbərini qəbul edib. Görüşdə Qarabağ nizamlanması müzakirə olunub.

· Xəbərçi
Abdulla Gül Azərbaycan XİN rəhbərini qəbul edib
Türkiyə prezidenti Abdulla Gül Ankarada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, Türkiyə-Azərbaycan əlaqələrinin perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da görüşdə iştirak edib. ANSPRESS

Şərhlər