Banan
Keçirilən araşdırmalar nəticəsində məlum olub ki, banan tərkibindəki karbonhidrat qlükozanı beyİnə daha sürətlə çatdırır. Bu isə yaddaşı qüvvətləndirməklə yanaşı diqqət əskikliyini minimuma endirir.
Alma
Alma sinir hüceyrələri arasında əlaqəni təmin edən asetilkolin maddəsini çoxaldır. Bu isə Altsqeymer xəstəliyinin qarşısını alır və yaddaşa kömək edir.
Yumurta
Yumurta bütün ərzaqlar və proteinlər arasında ən keyfiyyətli qidadır. Yumurta protein, yağ, vitamin və minerallarla zəngin əhəmiyyətli ərzaqlardan biridir. Xüsusilə uşaqların və yeniyetmələrin inkişafında yumurtanın əvəzsiz rolu var.
Yağlı balıq
Tərkibində bol miqdarda Omeqa-3 olan yağlı balıqlar yaddaşın güclənməsində və sağlam qalmasında effektiv rola malikdir. Losos, sardina və skumbriyanı bu istiqamətdə əvəzsiz mənbə hesab etmək olar.
Soya (Lobya)
Soya Omeqa-3, B vitamini, dəmir, sink, antioksidan və s. elementlər baxımından zəngindir. Vegeterianlar üçün isə əvəzolunmaz protein mənbəyidir.
Bu qidalar yaddaşı güclendirir
Yumurtanın xüsusile uşaqların ve yeniyetmelerin inkişafında rolu evezsizdir.




Şərhlər