Bu il A/H1N1 virusu (Donuq Qripi) tüğyan edəcək
03 Yanvar 2010 Bazar 21:15
Bu il A/H1N1 virusu (Donuq Qripi) tüğyan edəcək. Çexiyanın baş sanitar həkimi xəbərdarlıq edib.
Çexiyalı həkimlər bu ilin əvvəlində A/H1N1 virusunun yenidən tüğyan edəcəyi barədə xəbərdarlıq edirlər. Ölkənin baş sanitar həkimi Mixael Vit bildirib ki, pandemiyanın bir il və daha artıq davam edə bilər.

“Bütün xəstəxanaların pulmonologiya şöbələri xəstələrlə doludur. Xüsusilə ağ ciyərlərin iltihabı hallarına tez-tez rast gəlinir. Ağ ciyərlərin iltihabı bir çox hallarda ölümlə nəticələnir”, - deyə o bildirib.

O, bəzi həkimlərin peyvəndlərin səmərəliliyinə şübhə ilə yanaşmasına baxmayaraq, peyvənd olunmağın vacibliyini qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar