Azerbaycanda bir ilk
26 İyun 2013 Çərşənbə 17:47
Artıq yeni ailə quranların genetik müayinəsinə başlanılıb.
Azərbaycanda yeni ailə qurmaq istəyənlərin genetik müayinəsinin aparılmasına başlanılıb. Ölkədə ilk dəfə olaraq, bu xidmətlərin təşkili Respublika Müalicə Diaqnostika Mərkəzdə baş tutuub.

Məkrəzin genetik-mütəxəssisi, biologiya elmləri doktoru, tibbi genetika sahəsində uzun müddət tədqiqatlar aparmış Elxan Rəsulov ANS PRESS-ə bildirdi ki, bu prosesə 2013-cü ilin yanvar ayından başlanlılıb. Bu vaxta qədər 100-dən artıq cütlük müayinə üçün mərkəzə müraciət ediblər.

Elxan Rəsulovun sözlərinə görə, proses könüllü keçir, yəni heç kim hər hansı bir təyinat əsasında müayinə olunmağa gəlmir: “Müayinələr nəticəsində həmin şəxslərdə irsi patologiyanın olub-olmamasını yoxlayırıq. Müayinə olunan şəxsdə irsi xəstəliyin daşıyıcılığı aşkar edildikdə, onun hansı irsiyyət tipinə aid olduğu, həmin patologiyanın gələcək nəsildə təsadüfetmə riskinin nə dərəcədə olacağı müəyyənləşir. Bunun əsasında həmin patologiyanın qarşısının hansı formada alınmasının mümkünlüyü araşdırılır".

Mərkəz yeni ailə quranların genetik müayinəsi zamanı bu vaxta qədər böyük problemlərlə qarşılaşmayıb. Cüzi problemlər aşkar edildikdə isə onlarla bağlı lazımi məsləhətlər verilir.

Genetik Elxan Rəslov bildirir ki, bu proses bir dəfə müayinə olunmaqla bitmir: “Məsələn, gələcəkdə nəsə tapılan şəxs müaciət etməli olacaq, yəni hamiləlik dövründə müraciət edə bilərlər”.

Respublikada ən çox irsi qan xəstəliklərinə rast gəlinir. Bu da daha çox qohum ailələrlə bağlıdır. Biologiya elmləri doktoru deyir ki, tələbələri arasında sorğu keçirib. Məlum olub ki, onların 18-19%-nin valideynləri bir-birləri ilə qohumdurlar: “Bizə müraciət edənlərin əksəriyyəti də qohumlar-xala oğlanları, xalaqızları və s. olurlar. Məsələn, 2000-ci ildə müraciət edənlərin hər 5-dən birində qohum nigahı olurdu. Bu 10 il ərzində müəyyən dəyişiklilər də ola bilər. Amma yenə də qohum nigahlar üstünlük təşkil edir. Lakin bu o demək deyil ki, qohum olmayan nigahlarda da problem yaranmır. Məsələ burasındadır ki, elə genetik xəstəliklər vardır ki, onların üzə çıxma ehtimalı qohum nigahlarda 25-30%-dır”,- deyə Elxan Rəsulov bildirib.

Ailə həyatı qurarkən və ya övlad dünyaya gətirərkən bu cür hallarla rastlaşmamaq üçün öncədən genetik müayinədən keçmək labüddür. Çünki hər bir praktiki sağlam insan hansısa xəstəliyin daşıyıcısı olur. Başqa irsi xəstəliyin daşıyıcı ilə ailə qurduqda isə, xəstə uşaq doğulma riski yaranır. Ona görə də işinizi bu başdan ehtiyatlı tutsanız, sonra başınız ağrımayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar