3159 litr sərinləşdirici içki məhv edilib
18 May 2011 Çərşənbə 18:24
“Aslan” MMC və sahibkar Tahir Nəbiyev barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən müvafiq reseptura olmadan istehsal edilmiş, eləcə də saxta sərinləşdirici içkilərin məhv edilməsi barədə “Aslan” MMC-yə və Tahir Nəbiyevə icrası məcburi göstəriş verilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qeyd olunan göstərişin icrası ilə əlaqədar, 3159 litr sərinləşdirici içki Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.
Haqsız rəqabətə yol verdiyinə görə, Dövlət Xidməti tərəfindən “Aslan” MMC və sahibkar Tahir Nəbiyev barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
DOSTLARINLA PAYLAŞ: