Yatmış şexs xilas olunub
28 May 2013 Çərşənbə Axşamı 07:27
FHN-nin 112 xidmətinə məlumat daxili olub.
Bağlı qapı arxasında qalmış şəxs yatmış aşkar olunub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən həmin mənzilə giriş qapısını açaraq daxil olublar.

Xilasedicilər mənzilə baxış keçirərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilib. Əməliyyat saat 03:03-də başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar