Xətai rayonunda yağışdan sonra epidemioloji vəziyyət yaranıb.
Su aydınlıq olsa da, yağışın, özü də yaz yağışının bizə gətirdiyi sular bəzi əraziləri aydınlığa deyil, fəlakətə sürükləməkdədir. Elə Xətai rayonunun müəyyən əraziləri də yağışdan sonra subasma ilə yanaşı, epidemiya ilə üz-üzə qalıb. Ətrafa yayılan çirkab sular ərazidə antisanitariya vəziyyəti yaradıb. Elə buna görə də, sakinləri xəstəliklərdən qorumaq üçün ərazidə dezinfeksiya işləri aparılır.
Yağış suları çəkilsə də, konalizasiya suları də hələ evlərdə, həyətlərdə qalmaqdadır. Bütün həyətlərdə demək olar ki, çirkab lilə rast gəlmək mümkündür. Sakinlərin bildirdiyinə görə, evlərdə yaşamaq mümkünsuz olub. Əhalinin ev əşyaları da suyun altında qalıb. Bəziləri isə, əşyaları yük maşınlarının arxasına yığıb.
Stansiyanın həkimi Zümrüd Məmmədovanın bildirdiyinə görə, sakinlərin həyatı üçün təhlükə yaranıb. Əməlli bir tədbir görülməzsə, ciddi xəstəliklər baş qaldıra bilər.